Ukrayna Belarus təhlükəsinə qarşı hazır vəziyyətdədir
Almaniya Rusiyanın Kiyevdəki diplomatlara yönəlmiş xəbərdarlıqlarından sonra Moskvaya sərt reaksiya verib. Berlin Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq hədə-qorxu siyasətini qəbul etmədiyini bildirib.
Avropa İttifaqı isə Rusiyanın Ukrayna paytaxtına mümkün zərbələrlə bağlı təhdidlərinə baxmayaraq, diplomatlarının Kiyevdə fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Moskvanın qorxu və panika yaratmağa çalışdığını, lakin bunun nəticə verməyəcəyini deyib.
Crossmedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa diplomatlarına qarşı sərt açıqlama ilə çıxış edib. O bildirib ki, Aİ Kiyevdəki mövcudluğunu davam etdirmək istəyirsə, “kifayət qədər diplomata malikdir”.
Moskvanın alman diplomatlarını Kiyevi tərk etməyə çağırmasından sonra Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini izahat üçün çağırıb. Berlin Ukraynaya dəstəyin davam edəcəyini və təhdidlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.
Digər tərəfdən, Ukrayna Belarus istiqamətindən gələn mümkün təhlükələrə qarşı da hazır olduğunu bəyan edib. Ukraynanın pilotsuz sistemlər üzrə komandiri Robert Brovdi bildirib ki, Belarusun prezidenti Aleksandr Lukaşenko müharibəyə qoşulacağı təqdirdə Belarus ərazisindəki ilk 500 hədəf artıq müəyyənləşdirilib.
09:07 27.05.2026
Oxunuş sayı: 61