Komitə sədri: Revanşizm Ermənistanı hərbi risklərlə üz- üzə qoya bilər
Revanşizm Ermənistanı yenidən təcrid vəziyyətinə, iqtisadi böhrana sala, hərbi risklərlə üz- üzə qoya bilər.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
"Keçmişdəki səhvləri təkrarlamaq Ermənistana baha başa gələ bilər. Kilsə, diasporun fəaliyyəti və ya qondarma erməni soyqımı iddialarını ortaya atmaqla onlar heç nəyə nail ola bilməyəcəklər", - o bildirib.
21:55 13.05.2026
Oxunuş sayı: 75