Elmin və vətənpərvərliyin simvolu – Akademik Arif Paşayev
Bu gün Azərbaycan elmi və təhsil tarixində silinməz iz qoymuş böyük şəxsiyyətin – Arif Paşayevin doğum günüdür. Bu əlamətdar gün münasibətilə görkəmli alimə, müdrik rəhbərə və fədakar ziyalıya ən dərin ehtiramımızı bildiririk.
Arif Paşayev uzun illər ərzində elmin, texnikanın və ali təhsilin inkişafına xidmət etmiş, Azərbaycan gəncliyinin formalaşmasında müstəsna rol oynamışdır. Onun rəhbərliyi altında yetişən minlərlə mühəndis və tədqiqatçı bu gün ölkəmizin elmi-texnoloji potensialının əsas dayaqlarından biridir.
O, təkcə elm adamı deyil, eyni zamanda strateji düşüncəyə malik dövlətçi, milli maraqları hər zaman ön planda tutan vətənpərvər ziyalıdır. Arif Paşayevin fəaliyyəti sübut edir ki, elm və təhsil bir xalqın gələcəyini müəyyən edən ən güclü vasitələrdir.
Bu əlamətdar gündə hörmətli akademikə möhkəm can sağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və daim yüksələn Azərbaycan naminə yorulmaz fəaliyyət arzulayırıq.
Doğum gününüz mübarək olsun, dəyərli alim!
Elmir Heydərli
12:14 15.02.2026
Oxunuş sayı: 746