Qan dövranının pozulmasının səbəbləri açıqlanıb
Qan dövranının pozulma səbəbləri hansı damarlarda baş verməsindən asılı olaraq müxtəlifdir. Arteriya damarlarında qan dövranı pozulduqda aterial sistemin, vena damarlaında qan dövranı pozulduqda venoz sistemin xəstəlikləri meydana çıxır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində cərrah – fleboloq Günel Nəbiyeva deyib.
"Arterial qan dövranının pozulması damarların daralması və ya tıxanması – aterosklerozu nəticəsində toxuma və orqanların oksigenlə təchizatı pozulur. Səbəblər çoxdur, üstünlük təşkil edənlər ateroskleroz, qəfildən tromb yaranması, müxtəlif risk faktorları: siqaret çəkmək, yüksək təzyiq, şəkərli diabet, piylənmə və xolesterin yüksəkliyidir. Venoz qan dövranının pozulması əsasən vena damarlarının genişlənməsi səbəbindən klapan çatışmazlığı yaranır. Nəticədə qanın periferiyasından ürəyə doğru axın çətinləşir. Ən öndə olan birinci səbəb irsi faktordur. Digər səbəblər uzun müddət ayaqüstə qalmaq, artıq bədən çəkisi ola bilər", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
15:00 12.02.2026
Oxunuş sayı: 580