Azərbaycan və Meksika deputatları əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Milli Məclisin bir qrup deputatı Meksika Deputatlar Palatasının sədri, deputat Kenia Lopes Rabadan ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov, Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun sədri, deputat Jalə Əliyeva və həmin qrupun üzvü, deputat Sevinc Fətəliyeva iştirak edib.
Eyni zamanda görüşə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Viyyeqas da qatılıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, hər iki ölkə arasında parlamentlərarası dialoqun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
17:14 10.02.2026
Oxunuş sayı: 626