Şimali Afrikada yeni böhran? - Əlcəzair BƏƏ-ni sabitliyi pozmaqda ittiham edir
Əlcəzair 2013-cü ilin may ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə imzalanmış hava əlaqəsi sazişinin ləğvi prosesinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Şimali Afrika respublikasının dövlət mediası məlumat yayıb.
Rəsmi səbəb göstərilməsə də, son bir neçə ildə Əlcəzair dəfələrlə BƏƏ-ni həm ölkə daxilində, həm də regionda sabitliyi pozan hərəkətləri dəstəkləməkdə ittiham edib.
Xüsusilə, Əlcəzair mediası BƏƏ-nin Sahel bölgəsindəki müəyyən qruplara maliyyə və siyasi dəstək verdiyini qeyd edib.
23:34 09.02.2026
Oxunuş sayı: 462