TRİPP layihəsi vasitəsilə rəsmi İrəvanın nələrə nail olmaq istədiyi açıqlanıb
TRİPP layihəsi vasitəsilə rəsmi İrəvanın nələrə nail olmaq istədiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan və ABŞ hökumətləri “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin Ermənistan-ABŞ çərçivəsində icrasının dərc olunması ilə bağlı birgə bəyanatda qeyd olunub.
Qeyd olunub ki, bu layihə Ermənistanın regional tranzit və iqtisadi mərkəz kimi rolunu genişləndirmək, ölkənin infrastrukturuna xarici investisiyaları cəlb etmək, müasir sərhəd idarəçiliyi və ticarətin asanlaşdırılması üzrə institusional imkanlar yaratmaq, dayanıqlı gəlir axınları və satınalma hüquqları formalaşdırmaq, ABŞ ilə strateji tərəfdaşlığı gücləndirmək, regional inteqrasiya və nizamlanmaya töhfə vermək, həmçinin ölkənin ixrac potensialını yeni bazarlara çıxarmaq məqsədi daşıyır.
10:35 14.01.2026
Oxunuş sayı: 1393