TRİPP layihəsinin yekun məqsədi açıqlanıb
TRİPP layihəsinin yekun məqsədi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan və ABŞ hökumətləri “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin Ermənistan-ABŞ çərçivəsində icrasının dərc olunması ilə bağlı birgə bəyanatda qeyd olunub.
Bildirilib ki, TRIPP-in yekun məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqəliliyi genişləndirməklə Amerika ticarətini təşviq etmək, həmçinin Mərkəzi Asiyanı və Xəzər hövzəsini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqdır.
10:22 14.01.2026
Oxunuş sayı: 1233