Rəsmi Kiyev: Rusiyanın Lvova hücumu qlobal reaksiya tələb edir
Rusiya Lvov bölgəsinə qarşı "Oreşnik" adlanan orta mənzilli ballistik raketdən istifadə etdiyini iddia edir. Avropa İttifaqına (Aİ) və NATO sərhədinə yaxın belə bir zərbə Avropa qitəsindəki təhlükəsizliyə ciddi təhdid və transatlantik icma üçün bir sınaqdır. Rusiyanın ehtiyatsız hərəkətlərinə qarşı sərt reaksiyalar tələb edirik.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sbiqa "X"də yazıb.
O bildirib ki, bu təhlükəli zərbənin təfərrüatları barədə ABŞ, Avropa tərəfdaşlar və bütün ölkələri və beynəlxalq təşkilatları diplomatik kanallar vasitəsilə məlumatlandırılır: "Rusiyanın bu zərbəni heç vaxt baş verməyən saxta "Putinin (Red: Rusiya Prezidenti Vladimir Putin) iqamətgahına hücum"la haqq qazandırmağa çalışması absurddur. Bu, Moskvanın terroru və müharibəsi üçün heç bir real səbəbə ehtiyacı olmadığının daha bir sübutudur. Putin öz halüsinasiyalarına cavab olaraq İB və NATO sərhədi yaxınlığında IRBM-dən istifadə edir. Bu, həqiqətən, qlobal bir təhdiddir. Və qlobal reaksiyalar tələb edir".
Nazir əlavə edib ki, Rusiyanın tanker donanmasına qarşı daha güclü addımlar atılmalıdır: "Bütün məsul dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın yalanlarını ifşa etməyə və təcavüzkara təzyiqi dərhal artırmağa çağırırıq. Biz beynəlxalq tədbirlərə — BMT Təhlükəsizlik Şurasının təcili iclasına, Ukrayna-NATO Şurasının iclasına, eləcə də Aİ, Avropa Şurası və ATƏT daxilində cavab tədbirlərinə başlayacağıq".
Qeyd edək ki, Rusiya daha əvvəl Ukrayna ərazisinə "Oreşnik" raketləri ilə hücumu təsdiqləyib.
11:45 09.01.2026
Oxunuş sayı: 1814