Rusiya Ukraynaya “Oreşnik” silahı ilə hücumunu təsdiqləyib
Rusiya Ukraynaya qarşı gecə həyata keçirilən hücum zamanı “Oreşnik” silahından istifadə etdiyini rəsmi şəkildə təsdiqləyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbə Kiyevin yanvarın əvvəlində Prezident Vladimir Putinin iqamətgahına edilən hücuma cavab olaraq endirilib.
Rəsmi açıqlamada bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın kritik obyektlərinə qarşı kütləvi hücum həyata keçirib. Hədəflər arasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan müəssisələr və Ukraynanın hərbi-sənaye kompleksini təmin edən enerji infrastrukturu yer alıb.
Moskva iddia edir ki, məhv edilən PUA istehsal obyektləri Putinin iqamətgahına edilən hücumda istifadə olunan dronların istehsalında rol oynayıb.
Nəzrin Abbas
11:06 09.01.2026
Oxunuş sayı: 1331