Moskvadan Dubaya uçan təyyarə Bakıda məcburi eniş etdi
Moskvadan Dubaya uçan FlyDubai təyyarəsi sərnişinin vəziyyətinin pisləşməsi səbəbindən Bakıda məcburi eniş edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, tibbi heyət sərnişinə dərhal yardım göstərib.
Hazırda onun vəziyyəti ilə bağlı tibbi prosedurlar davam etdirilir.
Bundan əvvəl Yaponiyada sərnişinin aqressiv davranışı, Türkiyədə isə Parkinson xəstəsi olan sərnişinin uçuşa buraxılmaması səbəbilə təyyarələr məcburi eniş etmişdi.
15:28 05.12.2025
Oxunuş sayı: 1560