Polşa hazırlaşmağa davam edir
ABŞ-dan Polşaya 32 ədəd M1A2 SEPv3 Abrams tankının dördüncü partiyasını daşıyan nəqliyyat gəmisi gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tanklar qoşunlara təqdim edilmədən əvvəl Polşa Silah Qrupu (PGZ) zavodunda təkmilləşdiriləcək.
Bu maşınlar yanvarın 18-də Polşaya çatdırılmış 28 tank, mayın 9-da alınmış 19 tank və sentyabrın 11-də gətirilmiş 38 tankla birləşəcək. Bu o deməkdir ki, amerikalılar artıq 117 tank tədarük edib ki, bu da Varşavanın sifariş etdiyi 250 tankın təxminən yarısını təşkil edir.
Bu tanklar əvvəllər tədarük olunmuş 116 ədəd M1A1FEP (Firepower Enhancement Package) tankını tamamlayacaq. Son partiya Polşaya 2024-cü il iyunun 26-da çatdırılıb.
Bu günədək Polşa ordusu sifariş edilmiş 366 Abrams tankından 233 ədədini hər iki modifikasiyada qəbul edib.
15:26 05.12.2025
Oxunuş sayı: 1852