Ermənistanın hakim partiyası kilsə ilə görüşlərdə təzyiq iddialarını rədd edib
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının katibi Artur Ovannisyan bildirib ki, Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının və digər rəsmi şəxslərin din xadimləri ilə görüşlərinin təzyiq və ya senzura ilə heç bir əlaqəsi yoxdur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ovannisyanın sözlərinə görə, görüşlər yalnız din xadimlərinin "kilsənin yenilənməsi gündəmini" dəstəkləyib-dəstəkləmədiyini müəyyənləşdirmək məqsədi daşıyır. O əlavə edib ki, ruhanilər haqqında məlumatlar müxtəlif mənbələrdən toplanır və bunun əsasında Baş nazirin hansı liturgiyada (kilsə mərasimi) iştirak edib-etməməsinə qərar verilir.
Hakim partiya nümayəndəsi vurğulayıb ki, prosesdə nə məcburetmə, nə də senzura elementləri mövcuddur.
Nigar Yahyazadə
14:15 05.12.2025
Oxunuş sayı: 2095