Kreml Vaşinqtonun reaksiyasını gözləyir
Kreml Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında bu həftə baş tutan müzakirələrin nəticələri ilə bağlı Vaşinqtonun cavabını gözləyir. Bu barədə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Uşakov bildirib ki, Uitkoffla növbəti görüşün tarixi hələlik müəyyən edilməyib. Onun sözlərinə görə, Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı da hazırda planlaşdırılmayıb, lakin ehtiyac yaranacağı halda belə bir əlaqə "asanlıqla təşkil oluna bilər".
Nigar Yahyazadə
12:07 05.12.2025
Oxunuş sayı: 1492