Fərhad Hacıyev: Crossmedia.az-ın “Yüksəliş” müsabiqəsinin qalibləri ilə birlikdə həyata keçirdikləri rubrika diqqətəlayiqdir
Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər daxil olmağa davam edir.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb: "Belə gənc və dinamik mətbuat orqanının hər gün daha böyük və uğurlu işlərə imza atması təqdirəlayiqdir. “Cross Media” qısa müddət ərzində peşəkar komanda işi və müasir yanaşması sayəsində media sahəsində öz mövqeyini möhkəmləndirib. Xüsusilə, “Yüksəliş” müsabiqəsinin qalibləri ilə birlikdə həyata keçirdikləri rubrika diqqətəlayiqdir və ölkəmizin potensiallı kadrlara verdiyi dəyəri nümayiş etdirir. İnanırıq ki, bu yüksəliş daimi olacaq və qarşıdakı illərdə də komanda daha böyük uğurlara imza atacaq. 1 illik yubiley münasibətilə “Cross Media” kollektivinə yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq".
Kənan Novruzov
13:22 24.10.2025
Oxunuş sayı: 1640