Bəzi rayonlara leysan yağıb - Faktiki Hava

Bəzi rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Ağstafada doqquz, Şahdağda altı, Tovuzda üç, Qubada iki, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə bir mm-dir.
İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.
11:16 16.07.2025
Oxunuş sayı: 1203