Sosial dəstəyin mərkəzinə çevrilən Hacı

Bu gün – 7 iyul, Azərbaycanın ən tanınmış ilahiyyatçılarından biri olan Hacı Şahin Həsənlinin doğum günüdür. 1974-cü ilin bu günündə Bakı şəhərində dünyaya gələn Şahin Hüseyn oğlu Həsənli, ömrünü mənəviyyata, cəmiyyətə xidmətə və dini maarifləndirməyə həsr etdi.
O, sadəcə bir ilahiyyatçı deyildi. Hacı Şahin minbərdən səslənən bir din xadimi olmaqla yanaşı, cəmiyyətin içində, insanların arasında olan bir şəxsiyyət idi. Onun rəhbərlik etdiyi "Məşədi Dadaş" məscidi, təkcə ibadət yeri deyil, həm də mənəvi, sosial dəstəyin mərkəzinə çevrilmişdi. O, məsciddə tədris etdiyi əqaid, əxlaq, fəlsəfə dərsləri ilə yüzlərlə insanın düşüncəsinə, yoluna işıq tutdu.
Hacı Şahinin müəllifi olduğu kitablar – “Haradan başlamalı”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” – bu gün də gənclər və ailələr üçün faydalı mənbə olaraq oxunur.
2023-cü ilin martında qəfil ürək çatışmazlığı nəticəsində vəfatı, yalnız dini cameədə deyil, ümumilikdə ölkə səviyyəsində böyük itki kimi qarşılandı.
Ayhan
14:18 07.07.2025
Oxunuş sayı: 722