Avropa üçlüyü: İran təmkinli olmalı və danışıqlarda iştirak etməlidir

İngiltərə, Fransa və Almaniyanın birgə bəyanatında İranın nüvə proqramı ilə bağlı son gərginlik fonunda Tehran təmkin nümayiş etdirməyə və danışıqlarda iştirak etməyə çağırılıb.
Bəyanatda qeyd olunur ki, ABŞ Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hədəfli hərbi zərbələr endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bizim əsas məqsədimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır,” – deyə bəyanatda vurğulanıb.
Avropa ölkələri həmçinin İranı nüvə proqramı ilə bağlı bütün narahatlıqları aradan qaldıracaq razılaşmaya yönəlmiş danışıqlarda iştirak etməyə çağırıblar.
Bəyanatın sonunda isə İsrailin təhlükəsizliyinə dəstək bir daha təsdiqlənib.
04:57 23.06.2025
Oxunuş sayı: 806