İran XİN: “ABŞ-dən mesajlar almağa davam edirik”

İranın xarici işlər naziri Abbas Əraqçı İstanbulda İslam Əməkdaşlıq Təşkilatının təcili iclası çərçivəsində deyib ki, Uitkofla danışıqlar dolayı yolla olub və bu danışıqlar Omanın xarici işlər naziri vasitəsilə aparılıb.
Crossmedia.az bildirir ki , bu barədə “Snn.ir” saytı məlumat verib.
“Hücum səbəbindən ABŞ ilə dolayı danışıqlar dayandırıldıqda, biz müxtəlif kanallarla, xüsusilə də Oman vasitəsilə amerikalılardan mesajlar almağa davam edirik və ABŞ-nin mesajlarını bizə çatdıran başqa ölkələr də var və lazım gələrsə, bu mesajlara cavab verəcəyik”, -deyə, XİN rəhbəri vurğulayıb.
18:20 22.06.2025
Oxunuş sayı: 701