Bakıda külək güclənib - Faktiki Hava

İyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki , bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb.
Belə ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.
Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.
Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.
16:25 22.06.2025
Oxunuş sayı: 789