HƏMAS: “ABŞ İranı bombalamaqla beynəlxalq hüququ pozdu”

Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS ABŞ-nin İranın nüvə obyektələrinə endirdiyi zərbələrə dair rəsmi bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bəyanatda Vaşinqtonun bu addımları beynəlxalq hüququn kobud şəkildə pozulması və bölgədə təhlükəli eskalasiyanın başlanğıcı kimi qiymətləndirilib.
“ABŞ-nin İranın ərazi bütövlüyünə və suverenliyinə qarşı həyata keçirdiyi həyasız təcavüzü ən sərt şəkildə pisləyirik. Bu, bölgədə təhlükəli eskalasiyaya yol açmaqla yanaşı, işğalçıların gündəliyinə kor-koranə itaətin və beynəlxalq hüququn açıq şəkildə pozulmasının bariz nümunəsidir”, – deyə HƏMAS-ın açıqlamasında bildirilir.
Hərəkat İranla tam həmrəylik ifadə edərək, bu ölkənin öz hüquqlarını qorumağa qadir olduğunu bəyan edib:
“Biz İran, onun rəhbərliyi və xalqı ilə tam həmrəy olduğumuzu bildirir və İranın suverenliyini müdafiə etmək imkanlarına tam əmin olduğumuzu vurğulayırıq”.
Xatırladaq ki, ABŞ ordusu İranın Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektələrinə hava və raket zərbələri endirib. Bu hücum bölgədə və beynəlxalq miqyasda ciddi narahatlıq doğurub.
Aybəniz Səfərova
10:39 22.06.2025
Oxunuş sayı: 884