Pezeşkian: “İsrailə qarşı cavablarımız daha sarsıdıcı olacaq”

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramının sülhməramlı məqsədlər daşıdığını sübut etmək üçün dialoqa hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, o, bu fikirləri Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı səsləndirib.
Pezeşkian qeyd edib ki, Tehran danışıqları və əməkdaşlığı alqışlayır, lakin yalnız ölkənin qanuni hüquqları tanındığı təqdirdə:
“Nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün etimad qurulmasına yönəlmiş dialoqa və əməkdaşlığa hazırıq. Lakin nüvə proqramından tamamilə imtina etməyəcəyik. Sionist rejimin (İsrailin – red.) davam edən təcavüzünə cavabımız daha sarsıdıcı və qəti olacaq”.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Rising Lion” adlı əməliyyata start verərək İranın nüvə proqramını hədəfə alıb. Bundan bir gün sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə tərəflər arasında qarşılıqlı zərbələr davam edib. Hər iki ölkə hücumlar nəticəsində itkilər verdiyini və strateji hədəflərin vurulduğunu etiraf etsə də, ziyanın məhdud miqyasda olduğunu bildiriblər.
23:14 21.06.2025
Oxunuş sayı: 780