Tramp və Ərdoğanın gizli ABŞ–İran danışıqları planı baş tutmadı

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail müharibəsi fonunda regionda gərginliyin azaldılması məqsədilə İstanbulda ABŞ və İran arasında gizli danışıqların təşkili planını irəli sürüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, Trampın danışıqlarda şəxsən iştirak etmək və ABŞ-nin mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə İranla nüvə sazişinə nail olmaq istədiyi bildirilir.
Lakin təşəbbüs İranın ali dini lideri Ayətullah Əli Xameneinin təhlükəsizlik səbəbilə yeraltı sığınacaqda gizlənməsi səbəbindən rəsmi təsdiq almayıb və görüş baş tutmayıb.
22:30 21.06.2025
Oxunuş sayı: 843