Nəsrullahın mühafizəçisi də öldürüldü

Hizbullahın keçmiş Baş katibi Həsən Nəsrullahın mühafizəçisi Əbu Əli əl-Xəlil Tehranda hava hücumu nəticəsində öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al-Arabiya” Hizbullah mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, Həsən Nəsrullahın yaxın köməkçisi və mühafizəçisi Əbu Əli Xəlil İranda hava hücumu nəticəsində oğlu ilə birlikdə öldürülüb.
Qeyd edilib ki, Əl-Xəlil onilliklər ərzində Nəsrullahın şəxsi mühafizəçisi olub.
20:33 21.06.2025
Oxunuş sayı: 805