Ceyhun Bayramov: "İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur"

Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında bildirib.
XİN başçısı vurğulayıb ki, Bakı beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırır.
Nazir, həmçinin Suriyadakı humanitar vəziyyətə toxunaraq, beynəlxalq ictimaiyyətin regionda bərpa və reinteqrasiya addımlarını dəstəkləməsinin vacibliyini vurğulayıb.
18:42 21.06.2025
Oxunuş sayı: 803