İran və Türkiyə XİN rəhbərləri İstanbulda regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalı məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında münasibətlər, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətini vurğulayıblar.
18:22 21.06.2025
Oxunuş sayı: 831