İsrail naziri: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq region ölkələrinin ortaq marağıdır”

İsrailin energetika naziri və Nazirlər Kabinetinin üzvü Eli Koen bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq təkcə İsrailin marağında deyil. Onun sözlərinə görə, bu məsələ İranın ətrafındakı bütün müsəlman ölkələrinin təhlükəsizlik maraqları ilə birbaşa bağlıdır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Eli Koen çıxışı zamanı xüsusilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrin də bu təhlükədən narahat olduğunu vurğulayıb. O bildirib ki, İranın nüvə silahı sahibi olması yalnız İsrail üçün deyil, regionun sabitliyi üçün də ciddi təhdid yaradır.
Nazir əlavə edib ki, bu məsələ ilə bağlı beynəlxalq birliyin səyləri koordinasiyalı olmalı, İranın nüvə proqramına qarşı ortaq mövqe nümayiş etdirilməlidir. Onun sözlərinə görə, bölgədəki bir çox ərəb dövləti də bu məsələdə İsraillə eyni mövqedən çıxış edir və Tehran rejiminin silahlanma ambisiyalarına qarşı çıxır.
Fatimə Nəbiyeva
10:15 21.06.2025
Oxunuş sayı: 698