İsraildəki Rusiya səfirliyinə ölkəni tərk etməklə bağlı 2 mindən çox rusiyalı müraciət edib

Rusiyanın İsraildəki səfirliyinə İsrail və İran arasında münaqişənin gərginləşməsi ilə əlaqədar Rusiya vətəndaşlarından ölkəni tərk etməklə bağlı 2 mindən çox müraciət daxil olub.
Crossmedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyinin konsulluq şöbəsinin müdiri Yekaterina Tarazeviç bildirib.
16:10 20.06.2025
Oxunuş sayı: 852