Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçiriləcək. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında paylaşım edib.
"Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfərimiz başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya – Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik", - deyə paylaşımda qeyd olunub.
09:43 28.02.2025
Oxunuş sayı: 1288