Sankt-Peterburqda avtomobil partlayışında ölən hərbçinin kimliyi məlum oldu
Sankt-Peterburqun Puşkin rayonunda avtomobilin partlaması nəticəsində həlak olan hərbçinin 43 yaşlı polkovnik-leytenant Sergey Seçkov olduğu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “Agentstvo. Novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, hərbçinin atası oğlunun öldüyünü təsdiqləyib. Lakin nəşr Seçkovun atası və digər qohumları ilə əlaqə saxlaya bilməyib.
“Agentstvo. Novosti”nin məlumatına əsasən, Sergey Seçkov Ryazanda anadan olub və partlayışın baş verdiyi yerdən təxminən 100 metr məsafədə yaşayıb.
Nəşr onun adının Ukraynanın “Mirotvorets” saytının məlumat bazasında da yer aldığını bildirib. Həmin məlumatlara görə, Seçkov 332-ci ayrıca qvardiya helikopter alayında xidmət edib və mayor rütbəsi daşıyıb.

16:24 28.08.2026
Oxunuş sayı: 47