Ozon anbarına dron hücumu
Rusiyanın Ufa şəhərində yerləşən “Ozon” şirkətinin anbarı gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “Ozon” şirkətinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Şirkətin ilkin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın baş verməyib. Bununla belə, logistika obyektinə cüzi ziyan dəyib.
Bildirilir ki, Ufadakı anbar hazırda satıcılardan yeni məhsul qəbul etmir. Artıq göndərilən mallar isə digər logistika komplekslərinə yönləndirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə ölkə ərazisi üzərində 267 Ukrayna dronu ələ keçirilərək məhv edilib.
14:36 28.08.2026
Oxunuş sayı: 38