Sürücü oturacağının altına BOMBA QOYDU – sonra Türkiyəyə getdi
Sankt-Peterburqda avtomobilinə partlayıcı qurğu yerləşdirilən hərbçinin ölümünə səbəb olan hücumun 24 yaşlı qadın tərəfindən törədildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Fontanka” bu barədə məlumat yayıb.
İstintaqın versiyasına görə, qadın Sankt-Peterburqa gəlib, ona bildirilən ünvanda avtomobili tapıb və avqustun 26-da axşam saatlarında sürücü oturacağının olduğu tərəfdən avtomobilin alt hissəsinə partlayıcı qurğu yerləşdirib.
Nəşrin mənbələri hücumun icraçısının daha sonra Rusiyanı tərk etdiyini, əvvəlcə Türkiyəyə, daha sonra isə Moldovaya getdiyini bildiriblər.
Partlayış avqustun 27-də baş verib. Hərbçi hadisə yerində ölüb, onun həyat yoldaşı isə yaralanıb və sağ qalıb.
Həlak olan hərbçinin adı hələlik açıqlanmayıb.
12:57 28.08.2026
Oxunuş sayı: 52