CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: bitki

07:30 04.09.2026

Təbiətin gizli səyyahı: Üzən meşə adası

52

Kanadada “yoxa çıxan” meşə 30 kilometr uzaqda yenidən doğuldu Kanadanın Britaniya Kolumbiyası əyalətində təbiət özünün ən qəribə şoularından birini səhnələşdirdi. Ağaclarla örtülü nəhəng bir “ada” bir gün suyun üzərində peyda oldu, sonra sanki okeanın dibinə batmış kimi yoxa çıxdı… və bir neçə həftə sonra 30 kilometr uzaqda yenidən ortaya çıxdı. Hadisə Britaniya Kolumbiyasının ən böyük su anbarı olan Williston gölündə, Makkenzi şəhəri yaxınlığında baş verdi. Yerli sakinlərdən biri qayıqla gəzərkən birdən qarşısında ağac və bitkilərlə dolu, sanki yerdən qopub suyun üzərinə qalxmış böyük bir torpaq parçası gördü. O, dərhal telefonunu çıxarıb videoya aldı. Görüntülər sosial şəbəkələrdə yayılan kimi insanlar iki yerə bölündü: bəziləri “Bu realdır!” dedi, digərləri isə “Yenə süni intellekt fırıldağıdır” deyə gülürdü. Hətta BC Hydro-nun mütəxəssisləri belə ilk günlərdə ehtiyatlı davranırdılar. Süni intellektlə hazırlanmış saxta videoların bolluğu səbəbindən “bu həqiqətən varmı?” sualı ağıllarını məşğul edirdi. Lakin 21 iyul tarixli peyk görüntüləri bütün şübhələri dağıtdı. Suyun üzərində təxminən 140 metr uzunluğunda və 70 metr enində, iki futbol meydançası boyda bir “meşə adası” aydın görünürdü. Üzərində isə artıq formalaşmış, yaşıl ağaclar və bitkilər var idi. Sonra isə əsl sirr başladı.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR