CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Təsərrüfat

18:45 15.10.2026

Azərbaycan–Laos iqtisadi əməkdaşlığında hansı imkanlar var? – Deputat açıqladı

117

Azərbaycan Respublikasının xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri və ASEAN regionu ilə münasibətlərin şaxələndirilməsi prioriteti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu xüsusda Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında 1995-ci ilin mayında əsası qoyulmuş diplomatik münasibətlər hazırda mühüm praktiki məzmunla zənginləşməkdədir. Laos Prezidenti Thonqlun Sisulitin ölkəmizə reallaşan ilk rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirilən Ali səviyyəli görüş ikitərəfli əlaqələrin gələcək inkişaf kursunu aydın şəkildə müəyyən etdi. Dövlət başçımızın bəyan etdiyi kimi, siyasi müstəvidə formalaşan çoxillik dostluq və qarşılıqlı etimad mühiti iqtisadi-ticarət tərəfdaşlığının da analoji səviyyəyə qaldırılması üçün möhkəm zəmin yaradır. Hazırda qarşıda duran əsas vəzifə iki ölkənin real potesialını əks etdirməyən ticarət dövriyyəsini dəfələrlə artırmaq, biznes subyektləri arasında birbaşa təmasları təşviq etmək və qarşılıqlı investisiya layihələrini reallaşdırmaqdır. Bu baxımdan Bakıda təşkil olunan Laos–Azərbaycan biznes-forumu ikiölkəli iqtisadi platformanın qurulmasında strateji addım oldu. Forum çərçivəsində ticarət həcminin genişləndirilməsi, birgə biznes şurasının və ya işçi qrupunun yaradılması təklifləri praktiki əməkdaşlığa keçidin göstəricisidir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR