Çörəyin qiyməti bahalaşa bilər - taxıl tapılmır
Ukraynalı fermerlərin taxıl ixracının blokadaya düşməsi fonunda ölkədə anbarların dolması və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi ilə bağlı xəbərlər yayılıb. Rusiyanın Qara dənizdə yaratdığı məhdudiyyətlərin Ukraynanın taxıl ixracına təsir göstərdiyi bildirilir. Bu vəziyyətin dünya taxıl bazarına və Azərbaycanın ərzaq təhlükəsizliyinə mümkün təsirləri də diqqət mərkəzindədir.
Crossmedia.az-a açıqlama verən ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın bu baxımdan ciddi problemlə üzləşəcəyini düşünmədiyini bildirib: "Azərbaycanın taxılla özünü təmin etmə göstəricisi 50-55 faiz təşkil edir və ölkənin Qazaxıstan kimi mühüm tədarükçüləri var. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna və Rusiyadan taxıl ixracının azalmasının Azərbaycan üçün ciddi problem yaradacağı gözlənilmir. Dünya üzrə də böyük taxıl qıtlığının yaranacağını düşünmür. Rusiya və Ukrayna dünya taxıl bazarında mühüm rol oynasalar da, onların payı təxminən 10 faiz təşkil edir. Çin, ABŞ və Kanada kimi ölkələrin də dünya taxıl bazarında böyük oyunçular olduğunu diqqətə çatdırıb".

Zeynəb Həsən
20:30 13.08.2026
Oxunuş sayı: 51