Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxal xərcini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 81,303 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
Crossmedia.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Təkcə iyulda isə Türkiyə Azərbaycana 12,932 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33,2 % çoxdur.
7 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 0,4 % artaraq 4,289 milyard ABŞ dollarına, iyulda isə 6,3 % artaraq 698 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (488 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 8,6 % çox), Böyük Britaniya (287 milyon ABŞ dolları, 3 % az) və İtaliya (246 milyon ABŞ dolları, 8,2 % çox) həyata keçirib.
17:24 13.08.2026
Oxunuş sayı: 44