Azərbaycan Gürcüstana "Aİ-92" markalı benzinin satışını artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4,36 milyon ABŞ dolları dəyərində 5 min 365 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 72 % çoxdur.
Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.
Hesabat dövründə Azərbaycan "Aİ-92" benzini ancaq Rusiyadan tədarük edib. Bu ölkədən 2,56 milyon ABŞ dolları dəyərində (-96 %) 3 min 414 ton (-96 %) benzin alınıb.
13:57 13.08.2026
Oxunuş sayı: 49