Təhsil Tələbə Krediti Fondu auditor seçib
Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi açıq tenderə yekun vurub.
Crossmedia.az xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC-dir.
Qalib şirkətə 22,95 min manat ödəniləcək.
Ötən il də bu tenderin qalibi "NR Proaudit" MMC olub. Şirkətə 9,6 min manat ödənilib.
12:42 13.08.2026
Oxunuş sayı: 62