Səhmdar cəmiyyətlərin 94,6%-i auditdən keçib
2025-ci ildə Azərbaycanda 353 səhmdar cəmiyyəti (SC) məcburi audit subyekti olub.
Crossmedia.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,4 % azdır.
Ötən il auditdən keçmiş SC-lərin sayı isə 2,1 % azalaraq 334-ə, onların xüsusi çəkisi isə 84,6 %-dən 94,6 %-ə yüksəlib. Başqa sözlə, il ərzində SC-lərin 5,4 %-i auditdən keçməyib.
12:33 12.08.2026
Oxunuş sayı: 44