Ukrayna PUA-larının zərbələrindən sonra Rusiya mağazaları Azərbaycana sifarişləri ləğv edir
Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyadakı iri logistika və ticarət anbarlarına endirdiyi zərbələrdən sonra bəzi Rusiya onlayn mağazaları Azərbaycana göndərilən sifarişləri ləğv etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "BT NEWS" məlumat yayıb.
Məlumata görə, Azərbaycandan sifariş verən bir çox müştəri sifarişlərinin ləğv edilməsi ilə bağlı bildirişlər alıb.
Müştərilərə göndərilən bildirişlərdə hazırda Rusiyadan Azərbaycana məhsulların çatdırılmasının mümkün olmadığı qeyd edilir.
İlkin ehtimallara görə, fasilələr Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın iri ticarət və logistika anbarlarına endirdiyi zərbələrin nəticələri ilə bağlıdır. Bildirilir ki, anbar infrastrukturuna dəyən ziyan beynəlxalq sifarişlərin bir hissəsinin emalı və göndərilməsinin dayanmasına səbəb ola bilər.
17:49 23.07.2026
Oxunuş sayı: 27