Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Crossmedia.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq.
13:18 22.07.2026
Oxunuş sayı: 61