OpenAI gələcəyin süni intellektini təqdim etdi
OpenAI yeni GPT-5.6 model ailəsini və ChatGPT Work adlı süni intellekt agentini təqdim edib.
Crossmedia.az xəbər verir ki, şirkət eyni anda üç yeni modeli istifadəyə verib. Sol mürəkkəb proqramlaşdırma, elmi tədqiqatlar və uzunmüddətli agent tapşırıqları üçün, Terra gündəlik istifadə, Luna isə sürətli və kütləvi sorğular üçün nəzərdə tutulub.
Məlumata görə, GPT-5.6 təkcə proqramlaşdırma sahəsində deyil, həm də sənədlərin, cədvəllərin, təqdimatların və veb-tətbiqlərin hazırlanmasında daha geniş imkanlar təqdim edir. Yeni ChatGPT Work isə istifadəçilərə bir neçə saat davam edən mürəkkəb biznes tapşırıqlarını yerinə yetirməyə, müxtəlif tətbiqlər və fayllarla işləyərək yekun nəticə hazırlamağa imkan verir.
Şirkətin açıqlamasına əsasən, yeni xidmətlər mərhələli şəkildə istifadəyə verilir. İlk olaraq Pro, Enterprise və Edu istifadəçiləri çıxış əldə edəcək, daha sonra isə Plus və Business abunəçiləri üçün əlçatan olacaq.
01:38 11.07.2026
Oxunuş sayı: 61