İran müharibəsi Orta Dəhlizin əhəmiyyətini artırıb
İran ətrafında baş verən hərbi gərginlik və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması Avropa ilə Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən birləşdirən Orta Dəhlizin strateji əhəmiyyətini artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The National Interest nəşri yazıb.
Nəşrin məlumatına görə, əvvəllər əsasən geosiyasi layihə kimi qiymətləndirilən marşrut son hadisələrdən sonra demək olar ki, bir gecədə struktur zərurətə çevrilib.
Bildirilir ki, Hörmüz boğazından keçən ticarətə tətbiq olunan məhdudiyyətlərdən sonra Orta Dəhliz üzrə yükdaşımalarına tələbat 450–500 faiz artıb. Xüsusilə Aktau və Bakı limanlarında yük dövriyyəsində ciddi yüksəliş qeydə alındığı vurğulanır.
The National Interest qeyd edir ki, Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər dənizi marşrutu kimi Orta Dəhlizin əsas logistika qovşaqlarını idarə edir. Bu isə ölkəni Avrasiyanın yeni nəqliyyat və logistika arxitekturasının əsas iştirakçılarından birinə çevirir.
11:35 03.07.2026
Oxunuş sayı: 52