Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
Azərbaycan və Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyi arasında qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımlar müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşüb. Görüşdə ölkəmizlə iqtisadi münasibətlərin inkişaf istiqamətləri qeyd edilib.
Nazir bildirib ki, ticarət, enerji təhlükəsizliyi, "yaşıl enerji", innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini, eləcə də qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımları dəyərləndirilib: "Qeyri-neft sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi əməkdaşlığın prioritet istiqamətlərini vurğuladıq".
13:54 16.06.2026
Oxunuş sayı: 44