Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb
Bakıda Əjdərbəy məscidində Qurban bayramı namazı qılınıb.
Crossmedia.az xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.(Report)
08:23 27.05.2026
Oxunuş sayı: 65