Azərbaycanda "Açıq sığorta modeli" tətbiq ediləcək
2030-cu ilə qədər Azərbaycanda "Açıq sığorta modeli"nin tətbiq edilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, bu çərçivədə ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi, sonra isə müvafiq hüquqi bazanın formalaşdırılması və son nəticədə isə sığorta şirkətlərinin azı 50 %-nin açıq sığorta modeli tətbiq etməsi planlaşdırılır.
Həmçinin 2030-cu ilə qədər mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi hədəflənir. İlkin olaraq mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi, eləcə də tənzimləmə və lisenziyalaşdırma üzrə tələblərin müəyyən edilməsi və mikrosığorta modelinin tətbiqinə başlanılması planlaşdırılır.
17:55 26.05.2026
Oxunuş sayı: 40