“Sea Breeze”də sosial infrastruktur genişlənəcək - Emin Ağalarov
İnfrastrukturun inkişafı daşınmaz əmlakın uzunmüddətli dəyərini və "Sea Breeze" layihəsinin investisiya cəlbediciliyini təmin edən əsas amillərdən biridir. Sahilboyu ərazinin genişmiqyaslı kurort məkanına çevrilməsi ideyası layihənin icrasına başlanılmasından xeyli əvvəl yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Agalarov Development"in prezidenti və "Sea Breeze" kurort şəhərinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni coğrafiyası” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, "Sea Breeze"in əsas üstünlüklərindən biri artıq istismara verilmiş obyektlərin ətrafında infrastrukturun davamlı şəkildə genişləndirilməsidir.
“On il əvvəl burada daşınmaz əmlak alan şəxs bu gün tamamilə fərqli səviyyədə infrastruktura çıxış əldə edib. Hazırda daşınmaz əmlak alanlar da bir neçə ildən sonra ətraf mühitin və infrastrukturun əhəmiyyətli dərəcədə inkişaf etdiyini görəcəklər”, – deyə sahibkar bildirib.
Layihənin təsisçisinin sözlərinə görə, ərazidə yeni ictimai məkanların və xidmətlərin yaradılması prosesi davam edir. Beynəlxalq hotel operatorlarının daha da cəlb olunması, restoran sektorunun inkişafı, eləcə də təhsil və səhiyyə obyektləri daxil olmaqla sosial infrastrukturun genişləndirilməsi planlaşdırılır.
E. Ağalarov vurğulayıb ki, infrastrukturun inkişafı daşınmaz əmlakın kapitallaşmasına birbaşa təsir göstərir və mülkiyyətçilər üçün əlavə dəyər formalaşdırır.
14:50 26.05.2026
Oxunuş sayı: 51