Azərbaycanın pul bazarı üzrə göstəriciləri açıqlanıb
Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,979 milyard manat təşkil edib.
Crossmedia.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu, aylıq müqayisədə 863,3 milyon manat və ya 1,8%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,2 milyard manat və ya 6,9% çoxdur.
Bundan başqa, 2026-cı ilin aprelin 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 40 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 809,8 milyon manat və ya 2,1%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,4 milyard manat və ya 12,5% çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 31,493 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 724,2 milyon manat və ya 2,3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,2 milyard manat və ya 11,2% çoxdur.
Eyni zamanda, bu ilin aprelin 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,363 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 503,8 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,2% çoxdur.
Pul bazarının parametrləri | Həcmi (milyon manat), 1 aprel 2026-cı il tarixinə | Həcmi (milyon manat), 1 aprel 2025-ci il tarixinə |
Geniş mənada pul kütləsi (M3 aqreqatı) | 49979.4 | 46730.8 |
Manatla pul kütləsi (M2 aqreqatı) | 40000.5 | 35559.1 |
Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı) | 31493.5 | 28312.0 |
banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) | 18362.8 | 16075.2 |
11:05 30.04.2026
Oxunuş sayı: 48