Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb
Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba Market" MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroe Leto" əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan 1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.
Faktla bağlı AQTA qanunauyğun tədbir görərək sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edib.
17:34 20.04.2026
Oxunuş sayı: 47