Süni intellektin tibbi cavabları risk yaradır
Sağlamlıq mövzularında istifadə olunan süni intellekt çat-botlarının verdiyi cavabların əhəmiyyətli hissəsi problemli hesab olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti məlumat yayıb.
Bildirilib ki, bu sistemlər xərçəng, peyvənd, qidalanma və digər tibbi mövzularda suallara cavab verərkən tez-tez natamam və ya yanlış məlumat təqdim edir.
Məlumata görə, bu cavablar bəzən istifadəçiləri yanlış istiqamətləndirə və sağlamlıq üçün risk yarada bilər. Xüsusilə də açıq suallarda səhv ehtimalının daha yüksək olduğu qeyd edilir.
Eyni zamanda bəzi sistemlər təcili vəziyyətləri düzgün qiymətləndirmir və istifadəçilərə gec müdaxilə tövsiyə edir.
18:30 19.04.2026
Oxunuş sayı: 55